Yağış zamanı paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.
Bineqedi.com xəbər verir ki, bu barədə “oxu.az” saytı məlumat yayıb.
Qeyd olunur ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.
İTV kanalının məlumatına görə, Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əraziyə FHN-in texnikası və dalğıclar cəlb edilib.
FHN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.