Sabahdan bu yollar 3 saatlıq bağlanır!

0
3006
bineqedi-piyada-qeza-yol

COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

Bineqedi.com xəbər verir ki, bu barədə qafqazinfo-ya COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və AYNA tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.

***

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev COP29 tədbirləri çərçivəsində həyata keçiriləcək nəqliyyat planının təqdimatında məlumat verib.

O bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiriləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq. Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaqlar. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.

“Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq”, – N.Piriyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib:

“Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, oradan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər metronun “Koroğlu” stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər”.

N.Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin “Albalılıq” ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər:

“Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afiyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər”.

Əvvəlki məqaləBu şəxslərin qazı kəsiləcək – AÇIQLAMA
Növbəti məqalədəDövlət Komitəsinin sədri Binəqədidəki məscidlərdə din xadimləri ilə görüşüb – Foto