Binəqədidə Vətən müharibəsi şəhidi Ruslan Tağıyevin xatirəsi anılıb – Foto

0
3354
Şəhid Tağıyev Ruslan Fuad oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Azay Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 10 nəfər şəkili ola bilər
Bir 11 nəfər və mətn şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir 5 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləUniversitet müəllimləri də sertifikasiyadan keçəcək?
Növbəti məqalədəPrezident Qırğızıstandadır – Video