“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq”.
Bineqedi.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.
“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, – deyə S. Babayev əlavə edib.