Minimum aylıq əməkhaqqı artırıldı – Sərəncam

0
2358
pensiya-manat

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Bineqedi.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir.

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğləri də artırılacaq.

Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, hazırda minimum pensiya məbləği 280 manatdır.

Əvvəlki məqaləBinəqədidə kitab təqdimatı oldu – Foto
Növbəti məqalədəPrezident İlham Əliyevin doğum günüdür