Sərxoş halda qəza törədib bir nəfərin ölümünə səbəb olan həkimin cəzası azaldıldı

0
3000
deleduz-mehkeme-ogurluq-cinayet

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bineqedi.com pravda.az-a istinadən xəbər verir ki, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və E.Əlizadənin cəzası 5 il 1 aya endirilib.

İttihama görə, hadisə 2021-ci il martın 12-də saat 1 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsinin aşağı istiqamətində qeydə alınıb. Belə ki, Emil Firdovsi oğlu Əlizadə sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin – Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Emil Əlizadə xəstəxanaların birində həkim işləyib.

Əvvəlki məqaləHərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir
Növbəti məqalədəBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto