Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
3295
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilarının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Natiq Həşimi küçəsi 29 ünvanında binanın qarşısında qurumuş iydə ağacının götürülməsi, Teymur Yaqubov küçəsində yağış sularının zirzəmiyə axmasının qarşısının alınması məqsədilə 20 metr uzunluğunda olan kanalizasiya xəttinin çəkilməsi, Natiq Həşimi 33 A ünvanında kanalizasiya xəttinin yuyulması, Sülh küçəsinin asfaltlanması və Asəf Zeynallı küçəsinin (298 saylı tam orta məktəbin ətrafı) abadlaşdırılması, 5057/68 bina 4 ünvanında zirzəmiyə yığılmış suyun çəkilməsi, Ordubadi küçəsi döngə 2 ünvanında 150 m uzunluqda olan yolun asfaltlanması, Yəhya Hüseynov küçəsi ilə Ordubadi küçəsini birləşdirən tunelin piyadalar üçün nəzərdə tutulan hissəsinin daxilində yanmayan lampaların dəyişdirilməsi, X.Məlikaslanov küçəsində (6-cı döngə) sahibsiz heyvanların yığışdırılması, 299 saylı məktəbin qarşısında sıradan çıxmış lampaların yenisi ilə əvəz edilməsi, Ordubadi küçəsi (Sarı marketin yanı) işiqforun və ya piyada keçidinin təşkil edilməsi, dayanacağın quraşdırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 6 nəfər şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilər
Bir 14 nəfər və skripka şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə 47 yaşlı kişi dəm qazından öldü
Növbəti məqalədəBinəqədidə abadlıq-quruculuq işləri uğurla davam etdirilir – FOTO