Binəqədidə mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

0
3067
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda ər-arvad qazdan boğulublar.

Hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçıq vulkanı adlanan ərazidə baş verib.

46 yaşlı H. Ə. və həyat yoldaşı 45 yaşlı F. Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Davud Qurbanovun xatirəsi anılıb – FOTO
Növbəti məqalədəBabək prospektindən “Gəncliy”ə birbaşa yol çəkiləcək – Yeni layihə