Binəqədidə “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib – FOTO

0
3058
Binəqədi Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova, orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında soyqırım qurbanlarına, xalqımızın başına gətirilən bəlalara, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızın əziz xatirəsinə, işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı azad etməsinə və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qurbanlarının qisasını alınmasına, xalqımızın Zəfər tarixinə.həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tamaşa izləyicilərdə dərin təəssürat yaratdı.
Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Bineqedi.com 
Bir 4 nəfər, işıqlandırma və bunu deyən yazı "AI 山 AUI 44 Xecalıya XecalıyaOdalot Odalot 26 FEVRAL NOCALA" şəkili ola bilər
Bir 7 nəfər, skripka və mətn şəkili ola bilər
Bir 11 nəfər, skripka və mətn şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləXocalı soyqırımı abidəsi ziyarət olunub – Foto
Növbəti məqalədəQMİ Ramazanla bağlı fətva verdi