Binəqədidə doğum günündə şəhidin ailəsi ziyarət edilib

0
4425
Şəhid Sadıqov Yaşar Füzuli oğlunun doğum günü ilə əlaqədar ailəsi evində ziyarət olundu.
Bineqedi.com  xəbər verir ki, şəhidimizin evini ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak edirdilər.

Qeyd edək ki, Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Balabəhmənli kəndində dünyaya göz açmışdı. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil almışdı. Ailəli idi. Bir oğlu və bir qızı var.

Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdı. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Digər medalları:
1.Qüsursuz xidmətə görə III dərəcəli medalı – (26.06.2002) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
2.Qüsursuz xidmətə görə II dərəcəli medalı – (26.06.2007) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
3.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı – (26.06.2008) -“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
4.Qüsursuz xidmətə görə I dərəcəli medalı – (26.06.2012)- “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
5.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı – (26.06.2013)- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
6.Azərbaycan Silahlı Qüvvələri Veteranı medalı – (26.06.2017)- “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
7.Медаль “100 лет (1918-2018) Азербайджанской Армии” (26.06.2018) -“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
8.(24.06.2021) -“Vətən uğrunda” medalı (ölümündən sonra)
9.(24.06.2021) – “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Əvvəlki məqaləƏlilliyi olanlar üçün yeni – Güzəştlər
Növbəti məqalədəDirektorun səsyazısı yayıldı – “Mənə dilənçi payı lazım deyil”+Video