Binəqədidə daha bir nəfər dəm qazından öldü

0
2176

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bineqedi.com xəbər verir ki, martın 5-də Nəzərov Elçin Tarverdi oğlu yaşadığı Binəqədi qəsəbəsi, Nizami küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, martın 4-ü də Binəqədidə dəm qazından ölüm hadisəsi olub.

***

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus “Mercedes” markalı yük maşını və “Ford” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış “Toyota Prius”a çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Əvvəlki məqaləABŞ hələ də tək gücdür – rəqiblərin formalaşdıra bilmədiyi qütb – ŞƏRH
Növbəti məqalədəSədərəkdə sərhəddə Ermənistan tərəfindən törədilən yanğın söndürüldü – VİDEO