8 martın əvəzində hansı gün iş olmayacaq? – Rəsmi QƏRAR

0
3073
kalendar-bayram-gunleri-qeyri-is-gunleri

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 martla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq.

Bineqedi.com saytı xəbər verir ki, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub.

Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir:

“İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”.

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün – martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq.

Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri – iş günü olacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN) məlumat verilib.

Məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Əvvəlki məqaləAzərbaycanda oğul atasını öldürdü
Növbəti məqalədəBinəqədiddə silah-sursat aşkarlandı