Şəhid Əmirli Əmirşah Səttar oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com saytına verilən məlumata görə, ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak edirdilər.
Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub.
2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olub, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etdirib.
Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanıb.
28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.


