Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar

0
2944

Abşeron rayonu ərazisində yerləşən yaşayış yerlərindən 300 manat dəyərində su qızdırıcısı, 8 qapı və məişət əşyalarının oğurlanıb.

Bineqedi.com xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı O.Nəsrullayev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı R.Seyidovun saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

***

Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.

Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər – R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar. Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Əvvəlki məqaləAzərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılmayacaq – SƏBƏB
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO