Binəqədidə avtomobil partladı – Video

0
2998
avtomobil-yandi

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.

 Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.

Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdı.

***

FHN-dən cavab olaraq bildirilib ki, quruma Sulutəpədə baş vermiş hadisə ilə bağlı çağırış daxil olmayıb.

Əvvəlki məqalə“Etalon hospital” da əməliyyatdan sonra ÖLÜM
Növbəti məqalədəBakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirildi – Fotolar