Binəqədidə iftar süfrəsi təşkil olunub – Foto

0
3348
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.
Bineqedi.com xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri–Kəmaləddin Qafarov, Azay Quliyev, Elşad Musayev, Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, ictimai birliklərin rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından fəda edən şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxundu.
Mərasimdə insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı-ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, ölkəmizdəki sabitlikdən, savab işlərdən danışıldı. İnsanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi.
Bineqedi.com 
Bir 7 nəfər şəkili ola bilər
Bir 15 nəfər və bunu deyən yazı "RamazanAymı Aymz Mübarok" şəkili ola bilər
Bir 2 nəfər və cədvəl şəkili ola bilər
Bir 6 nəfər, cədvəl və platforma şəkili ola bilər
Bir 8 nəfər şəkili ola bilər
Bir 1 nəfər, platforma və bunu deyən yazı "BAKIŞAHaRi KΙ SadeRi BNOOODİ RAYON ICRA HAKİMİYYATİ Ramazan Ayımız Mibarak" şəkili ola bilər
Bir 14 nəfər və mətn şəkili ola bilər
Bir cədvəl, işıqlandırma və platforma şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilər
Əvvəlki məqalə3 milyon insana şad xəbər: Müavinət və təqaüdlər ARTIRILIR
Növbəti məqalədəPrezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib