Bakıda qəbiristanlıqda qəribə hadisə – Video

0
3040

Bakıda bayramla əlaqədər qardaşının məzarını ziyarətə gedən vətəndaş həmin qəbirdə başqa şəxsin dəfn edildiyini görüb.

Bineqedi.com xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığında baş verib. “Xəzərxəbər”ə danışan şikayətçi Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb.

O, qardaşının məzarında dəfn edilən şəxsin yaxınlarını da tapıb: “Onlar söz veriblər ki, nəşi çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilmədi”.

E.Sultanovun sözlərinə görə, həmin şəxslər ondan polisə də şikayət ediblər, onları narahat etdiyini iddia ediblər.

Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxs bildirib ki, yeni dəfn edilən mərhumun qohumları ona yerin onlara məxsus olduğunu bildiriblər.

Qarşı tərəfdən isə bildirilib ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilənin atasından razılıq alıblar. E.Sultanov isə belə bir razılaşmanın olmadığını deyir.

Daha ətraflı sujetdə:

Əvvəlki məqaləMetroda bu düyməni sıxmayın! – Real görüntülər
Növbəti məqalədəSon 80 ildə yalnız Azərbaycanın yazdığı tarix – heç kim tərəfindən qazanılmayan tam qələbə – ŞƏRH