Bakıda silah-sursat aşkarlanıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.
***
“Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yanan avtomobildə xəsarət alan olmayıb”.
Bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev verib.
“Hadisə bu gün saat 13:00-da Abşeron rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Zaur Əvəz oğlu Məmmədovun idarə etdiyi 10-VV-512 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır”, – deyə E.Hacıyev bildirib.