Rumıniya parlamentariləri Bakıda dahi bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib – FOTO

0
3002
Azərbaycanda səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti Binəqədi rayonunda rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adına parkda dahi bəstəkarın abidəsini ziyarət etdi.
Bineqedi.com xəbər verir ki, ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə əklil qoyularaq çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.
Qonaqları salamlamaqdan məmnunluğunu bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova iki ölkə arasında olan dostluq münasibətlərindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, xalqlarımızın bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı. Rayon İcra Hakimiyyətinin başçısının müavini bildirdi ki, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə inşa edilən park yenidən qurularaq sakinlərin asudə vaxtlarının təşkili üçün istifadəyə verilib. Hər il dahi bəstəkarın adını daşıdığı parkda Rumıniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəliyinin və rayon ictimaiyyətinin iştirakı ilə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir həyata keçirilir və bu dostluq əlaqələri gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Azərbaycanda səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean ölkələr arasında həyata keçirilən dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açdı və bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Bir 12 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 3 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 2 nəfər, abidə və mətn şəkili ola bilər
Əvvəlki məqaləEvi kiçik olanlara fərqli təzminat verilə bilər?
Növbəti məqalədəBinəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük ehtiramla yad edildi