Binəqədidə tədbir keçirilib – FOTO

0
3469
Binəqədi Rayon İcra Hakimiyyəti, 4 saylı “Asan Xidmət” mərkəzinin təşəbbüsü və Binəqədi Rayonu 283 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin 283 nömrəli tam orta məktəbin xorunun ifasında səslənməsindən sonra açıq elan olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçsıı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin baş məsləhətçisi Leyla Quliyeva, 4 saylı “Asan Xidmət” mərkəzinin direktoru Arzu Mirzəyeva, “Vətəndaşların hüquqlarının təminatı” sektorunun baş məsləhətçisi, inzibati vəzifə tutan dövlət qulluqçusu Cəmilə Musayeva, mərkəzin könüllü əməkdaşları, 283 nömrəli tam orta məktəbin direktoru Sevinc Musayeva, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak etdilər.
Tədbir iştirakçılarını salamlayan 283 nömrəli tam orta məktəbin direktoru Sevinc Musayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması və bu istiqamətdə məktəbdə görülən işlər haqqında iştirakçılara məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.
4 saylı “ASAN xidmət” mərkəzinin direktoru Arzu Mirzəyeva çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. İlk milli Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilib. Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb.
4 saylı “ASAN xidmət” mərkəzinin “Vətəndaşların hüquqlarının təminatı” sektorunun baş məsləhətçisi Cəmilə Musayeva şagirdlərə öz hüquqlarını bilməli olduqlarını, erkən nikaha yox deməli, digər insanların hüquqlarına da hörmətlə yanaşılması haqqında geniş maarifləndirici məlumat verdi.
4 saylı “Asan Xidmət” mərkəzinin könüllü əməkdaşları Həmid Reza Rahimi, Səriyyə Tağıyeva öz çıxışları və ətraflı məlumatları ilə şagirdlərin marağına səbəb oldular. Onların mövzu ilə bağlı nümayiş etdirdikləri videoçarx alqışlarla qarşılandı.
Aparıcı Vüsalə Davudova “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəbin müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətləri qeyd etdi və məktəbin adını qaliblər sırasına yazdıran müəllim və şagirdlər haqqında məlumat verdi.
Tədbir şagirdlərin ifasında maraqlı şeir, musiqi və rəqslərdən ibarət bədii hissə ilə davam etdi. Sonda xatirə fotosu çəkildi.
Bir 5 nəfər, dərs oxuyan insanlar, kütlə və mətn şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir 11 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük ehtiramla yad edildi