Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi şossesi və Q.Hacıbababəyov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonun yerinin dəyişdirilməsi, Dəmiryol küçəsinə küçə işıqlarının çəkilməsi, “AzərEnerji” ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün və səkilərin təmir olunması, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının ərazisindən sahibsiz heyvanların yığışdırılması, Fərhad Hümbətov adına parkın ərazisində aşma təhlükəsi olan ağacın götürülməsi, Rövşən Hüseynov küçəsində qurumuş ağacın götürülməsi, vətəndaşa ödənilməmiş borcla bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com








