Binəqədidə yaşayış binalarının həyətlərində abadlıq işləri aparılır – FOTO

0
3300
Paytaxtın Binəqədi rayonunda yaşayış binalarının həyətində abadlıq və səliqə-sahman işlərinə başlanılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat veriblər. Binəqədi rayonu ərazisində məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində aparılan növbəti abadlıq-quruculuq işləri çərçivəsində rayonun 8-ci mikrorayon, N.Nərimanov küçəsi 21 saylı binanın qarşısındakı həyətdə abadlıq işləri aparılmışdır.
Binanın həyətyanı sahəsinə qazon örtüyü döşənmiş, ağaç və gül kolları əkilmiş, yaşılıqları suvarmaq üçün suvarma xətləri çəkilmiş, bardürlər düzülərək yeni səkilər yaradılmış, ərazidə asfaltlaşma işləri aparılmış, urnalar quraşdırılmışdır.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.
Bineqedi.com
Bir ağac və ot şəkili ola bilər
Bir 3 nəfər, ot və ağac şəkili ola bilər
Bir ağac və küçə şəkili ola bilər
Bir ot və ağac şəkili ola bilər
Bir parklama avtomatı, avtomobil və ağac şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Çernobıl” iştirakçıları ilə görüş – Foto
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO