Binəqədi rayonunda Zərifə Əliyevanın xatirəsi anıldı – FOTO

0
3257
Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə abidəsi ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmaylov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bir 3 nəfər və abidə şəkili ola bilər
Bir 4 nəfər və abidə şəkili ola bilər
Bir 4 nəfər və abidə şəkili ola bilər
Bir 10 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 6 nəfər və Naməlum əsgərin məzarı şəkili ola bilər
Bir 6 nəfər və abidə şəkili ola bilər
Bir 6 nəfər, abidə və mətn şəkili ola bilər
Bir 11 nəfər və Naməlum əsgərin məzarı şəkili ola bilər
Əvvəlki məqaləPezeşkian Bakıdadır – Video
Növbəti məqalədəGiris Yaparak Mario-bet Casino’da Buyuk Odulleri Kacirmayin