Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
4023
Şəhid Həsənov Nurlan Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərdi Ağamalıyev, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, sədr müavini Osman Qasımov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bineqedi.com 
Возможно, это изображение 10 человек
Возможно, это изображение 6 человек, памятник и текст
Əvvəlki məqaləƏlibıçaqlı qadın avtobusda təşviş yaratdı – Saxlanıldı-Video
Növbəti məqalədəBakıda avtobusdakı insidentin TƏFƏRRÜATI məlum olub – Araşdırma başlanıldı