Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən gəncin avtomobili icarəyə götürdüyü və dönərxanada köməkçi işlədiyi məlum olub.
Bineqedi.com xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun işlədiyi obyektin sahibi məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxsin 24 yaşı var idi və evin tək oğlu idi.
Hadisə şahidi bildirib ki, mərhumu maşından çıxarmağa cəhd etsələr də buna müvəffəq ola bilməyiblər:
“Səhər saatlarında güclü bir səs eşitdik. Avtomobildə sıxılıb qalan gənci çıxarmağa çalışaq da, alınmadı. Təcili tibbi yardım gəldi, dedilər ki, ilkin yardım göstərmək üçün sürücünü maşından çıxarmaq mütləqdir. Mən də dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “102” qaynar xəttinə zəng etdim”.
Daha ətraflı süjetdə:
