Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
5096
sehid-vusal-memmedov
Şəhid Məmmədov Vüsal Aftandil oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin məsul əməkdaşları və digərləri iştirak etdilər.
Qeyd edək ki, Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olub. Vüsalın 2 yaşı olarkən atası Məmmədov Aftandil dünyasını dəyişib. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olub, daha sonra 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib. 2014-cü ildə elə həmin məktəbin məzunu olmuş və Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olub. Lakin 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətə başlayıb.
2020-ci il oktyabrın 1-də xidmətdən tərxis olmalı idi. 27 sentyabr tarixində başlayan müharibə zamanı, qeyrətli vətən oğulları kimi Vüsal da müharibədə iştirak edib və igidliklə döyüşüb.
26 sentyabrda anasına sevinclə zəng edərək “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, demişdi. Vüsal həm də aprel şəhidi – Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona ciddi təsir etmiş, bu hadisədən çox mütəəssir olmuşdu. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. İlk olaraq Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüşdən sonra anasına zəng vuraraq demişdir: “Ana, Eminin qardaşına de Eminin qisasını aldım!”
Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində – oktyabrın 12-də Füzuli döyüşləri zamanı ən uca Zirvəyə – Şəhidlik zirvəsinə ucalır.
Sonuncu dəfə anası ilə 6 oktyabr tarixində danışmışdı. O tarixdən sonra Vüsalla bir daha əlaqə qurmaq mümkün olmayıb. Onun nəşi, uzun müddət sonra noyabr ayının 28-də şəhidimizin nəşi döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 7 nəfər şəkili ola bilər
Bir 8 nəfər şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Əvvəlki məqaləHeyecan ve Kazanc Bir Arada: Sweet Bonanza Slot Oyunu
Növbəti məqalədəBu şəxslər universitetə imtahansız qəbul olacaqlar – RƏSMİ