Binəqədidə qonşular arasında MÜNAQİŞƏ – İki qardaş BIÇAQLANDI

0
2464

Bakıda iki qardaş qonşusu tərəfindən bıçaqlanıb.

Bineqedi.com xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 may qəsəbəsində baş verib. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Amil Qorxmaz oğlu Tağıvev 1987-ci il təvəllüdlü Şahin Samil oğlu Mehtiyev və onun qardaşı 1986-cı il təvəllüdlü Tofiq Şamil oğlu Mehtiyevi bıçaqlayıb.

Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən A.Tağıyev saxlanılıb.

Hadisənin şəxsi münaqişə nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBu il qurban kəsmək neçəyə başa gələcək?
Növbəti məqalədəMüdafiə Nazirliyindən valideynlərə çağırış: “Hərbi hissələrə gəlməyin”