Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

0
8773

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq halları, eləcə də bu cür hadisələrin son dövrlərdə sistematik xarakter alması səbəbindən, Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələr xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ləğv olunan tədbirlərə konsertlər, festivallar, tamaşalar, sərgilər və digər mədəni proqramlar daxildir.

Biletləri öncədən əldə etmiş vətəndaşlar ödənişlərin geri qaytarılması üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.

***

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.milli.az

Əvvəlki məqaləAzərbaycanda müavinətlər artırılır – Bu tarixdən