Binəqədidə 17 kq narkotik aşkarlandı – VİDEO

0
9882
bineqedi-qetl-kafe-polis-binagadi

Binəqədi rayonunda keçirilən əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

Bildirilib ki N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Novxanı və Görədildə tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər – 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar. Həmin şəxslər Novxanı və Görədil bağları massivlərində evlərdə təmir işlərinin getmədiyinə əmin olduqdan sonra həmin mənzillərdən santexnika malları, təmir-tikinti alətləri, məişət əşyaları və elektrik naqillərini talayıblar. Bu yolla zərərçəkənlərə külli miqdarda zərər vurublar. Onların oğurluq əməlləri təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Əvvəlki məqaləVəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz – MÜHÜM QƏRAR
Növbəti məqalədəPrezident İlham Əliyevin Zirvə görüşündə çıxışının – Tam mətni