Biləcəri qəsəbəsindəki yol kəsişməsində hərəkətin təşkilində dəyişiklik məqsədilə monitorinq-təhlillər aparılıb

0
9916
bineqedi bileceri yolu

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

Bineqedi.com xəbər verir ki, bununla yanaşı, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.

Biləcəri qəsəbəsindəki yol kəsişməsində hərəkətin təşkilində dəyişiklik məqsədilə monitorinq-təhlillər aparılıb

 

Əvvəlki məqaləƏhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda rekord artım
Növbəti məqalədəSəkiyə çıxan maşın ana və qızını vurdu – Biri öldü – Video