Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Xocəsən qəsəbəsində uzunluğu 350 metr, eni 6 metr olan “Şəfəq” küçəsinə asfalt örtüyünün çəkilməsi işləri həyata keçirilir.
Yaxın zamanda rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri aparılacaqdır.




