Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti ümumrayon iməciliyi keçirilmişdir.
Bineqedi.com xəbər verir ki, rayonun kommunal təsərrüfat bilikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, asfalt örtüyü bərpa edilmiş, qurumuş ağacların yerinə yeniləri əkilmiş, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparılmışdır.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bineqedi.com









