Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

0
8787

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərinə inteqrasiya edilir.

Taksi sürücülərinin həqiqətən tətbiqdə görünən sürücü olduğundan əmin olmaq üçün gün ərzində təsadüfi aralıqlarla SİMA-nın rəqəmsal həlli vasitəsilə şəxsiyyət təsdiqi tələb olunacaq.

Avtomobili sürən şəxs sürücü kimi qeydiyyatdan keçmiş şəxs deyilsə, avtomatik olaraq onun xətti bağlanacaq və müştəri götürə bilməyəcək.

Yenilik uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaradacaq, sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını alacaq və sərnişinlərin təhlükəsizliyinin təminini artıracaq.milli.az

Əvvəlki məqaləPrezidentin cavablandırdığı suallar – Tam mətn+Foto
Növbəti məqalədəİranda saxlanılan Naxçıvan avtobusları ilə bağlı – Rəsmi açıqlama