ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb – FOTO

0
11001
qatar

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.

Bineqedi.com xəbər verir ki, barədə trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.

Əvvəlki məqalə“Ai-95”in satışı dayandırılıb? – Rəsmi
Növbəti məqalədəDİN-in kiberpolisi onlayn qumar oyunları təşkil edənləri ifşa etdi – Video