Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTOLAR

0
3760
elxan-allahverdiyev.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib. Bineqedi.com saytına verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi-Mehdiabad yolunda kanalizasiya xəttinin yenilənməsi məsələsinə baxılması, Mayak küçəsində məişət tullantılarının təmizlənməsi və konteynerlərin yerləşdirilməsi məsələsinə baxılması, I mədən, korpus 1 ünvanında elektrik enerjisi təchizatının zəif olması məsələsinə baxılması, III mədən, korpus 125 ünvanında kanalizasiya probleminin aradan qaldırılması məsələsinə baxılması, III mədən, korpus 125 ünvanında elektrik enerji təchizatının zəif olması ilə əlaqədar, Şam küçəsində kanalizasiya xəttinə qoşulma məsələsinə baxılması, Binəqədi-Mehdiabad yolu ünvanında sahibsiz heyvanların yığışdırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 8 nəfər şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilərBir 8 nəfər şəkili ola bilər
Bir 2 nəfər, kütlə və mətn şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 15 nəfər şəkili ola bilər
Əvvəlki məqaləKrediti olanların nəzərinə! – Qaydalar dəyişir
Növbəti məqalədəGİZLİ SAXLANILAN “QƏLƏBƏ PLANI”: ƏLİYEV BP-NİN RƏHBƏRİNƏ 17 İL ƏVVƏL NƏ DEYİR? – Zahid Orucdan sensasion yazı…