Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 180/20 ünvanında qurumuş şam ağaclarının götürülməsi, Azadlıq prospekti 182/22 ünvanında sahibsiz heyvanların yığışdırılması, N.Nərimanov küçəsi 23 b saylı ünvanda həyətin asfaltlanması, İ.Dadaşov küçəsi 72 saylı ünvanda qurumuş ağacların götürülməsi, İ.Dadaşov küçəsi 71c saylı ünvanda işıq dirəklərində işıqlanmanın bərpa edilməsi, Azadlıq prospektində (köməkçi yolda) su xəttinin təmir edilməsindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpası, İ.Dadaşov küçəsi 72 saylı ünvanda qarajların üzərindən keçən işıq xəttlərinin təhlükəzilik məqsədilə yuxarı qaldırılması və mövcud işıq şitinin qapanmasının təmin edilməsi, Azadlıq prospekti 20 ünvanında fəvvarənin təmir edilməsi, .Məmmədova küçəsi 7 saylı ünvanında girişlərin dezinfeksiya olması və binada elektrik enerji təchizatında yaranan problemin aradan qaldırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com























