Yük maşınının aşması səbəbindən üç nəfərin ölümü ilə nəticələnən qəza üzrə cinayət işi başlanılıb

0
9901
bineqedi-qeza.

Bakıda yük avtomobilinin minik avtomobilinin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bineqedi.com report-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayonunun ərazisində 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülovun idarə etdiyi DAF markalı yük maşını körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək aşıb.

Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimovun idarə etdiyi “Changan” markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı “Changan” markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev ölüblər.

Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Lalə Zeynal qızı Ağayeva və 2002-ci il təvəllüdlü Fidan Namiq qızı Nəcəfova döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi müayinə göstərildikdən sonra onlar evə buraxılıblar.

Əvvəlki məqaləYeni tədris ilində bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək
Növbəti məqalədəPutinlə Zelenskinin “qonaqpərvərliyi”: Kim hansı ölkəyə gedə bilər?