Daha bir yerüstü stansiya tikiləcək

0
8960
bineqedi-rayon-yol-temir.png

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

Bineqedi.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, – B.Məmmədov əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.

“Xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır. 200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün yaşıl xətt və qırmızı xətt üzrə sərbəst hərəkət təmin ediləcək”.

Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq: “Dayanma müddətinin uzun olmaması məqsədilə işləri belə planlaşdırdıq ki, “28 May” stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkət daynamasına səbəb olsun. Yanvar ayında şaxtanın tikintisi başa çatdırılacaq, ondan sonra xətlərin ayrılması işlərinə start veriləcək.

Hazırda 2 saylı şaxtada suvaqvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”.

“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”.

Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

O qeyd edib ki, B-04 stansiyası çəhrayı xəttin beşinci, metropolitenin isə 28-ci stansiyasıdır.

M.Rzayev əlavə edib ki, “8 Noyabr” – B-04 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam olaraq çəkilib:

“Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Eskalatorlardan 12 ədədi artıq inşa edilib. B-04 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir”.

O qeyd edib ki, Bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq.

“Port Baku” kimi məşhur olan ərazidə də bir stansiyanın inşası nəzərdə tutulub”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

“Xətai” stansiyasının yaxınlığında Yaşıl xəttə daha bir keçid imkanı yaradılacaq. Nəhayət, Babək prospekti üzərindən şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”, – o qeyd edib.

Əvvəlki məqalə10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə şahid ifadəsi hər kəsi təəccübləndirdi
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO