Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
11034
Şəhid Rəhimov Zamin Vahid oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Fərdi Ağamalıyev, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Rəhimov Zamin Vahid oğlu ailəli idi, bir azyaşlı qız övladı var. Vətən müharibəsi başlayan kimi Zamin döyüşlərə könüllü olaraq qoşulmuşdu. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi Zamin Rəhimov da ön cəbhəyə yollanır. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərdə böyük şücaət göstərir, əzmlə vuruşur. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Oktyabrın 8-də Zamin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə Şəhidlik Zirvəsinə ucalır.
Şəhidimiz 9 oktyabr 2020-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 14 nəfər şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBu vəzifəli şəxslər cərimələrə görə protokol tərtib edəcək – Fərman
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO