Binəqədidə gənc oğlan bıçaqlandı

0
9924

Bakıda 20 yaşlı gənc bıçaqlanıb.

Bineqedi.com oxu-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.

Zərdab rayon sakini, 2004-cü il təvəllüdlü Fərqin Mehman oğlu İsbatov aralarında yaranmış mübahisə zamanı 2005-ci il təvəllüdlü Binəqədi rayonu, Binəqədi qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan İsrafil Gülsahib oğlu Babayevə bıçaqla ağır bədən xəsarəti yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda gənc oğlan söyüşə görə dostunu bıçaqlayıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir) məhəllələrində fəaliyyət göstərən “Onur” marketdə satıcı işləyib. O, məhəllədə yaşca özündən balaca olan 17 yaşlı Elcanla dostluq edir. Elcan dostluq münasibəti olduğu üçün onun şalvarını ikigünlük geyinmək üçün istəyir, Vasif də buna etiraz etmir. İki gün keçsə də, Elcan onun şalvarını qaytarmır və Vasif ona zəng edərək, şalvarını geri istəyib. Amma Elcan işdə olduğu üçün həmin gün şalvarı qaytara bilmir, Vasif isə Elcanı zarafatyana söyüb. Elcan şalvarı Vasifə növbəti gün qaytarıb.

Bir gün sonra isə Elcan qardaşı Əhmədi siqaret almaq üçün Vasifin işlədiyi marketə göndərir. Əhməd siqaretin adını düzgün demədiyi üçün Vasif Elcana zəng vurub, siqaretin adını soruşub, Elcan isə onu zarafatla söyür. Lakin Vasif söyüşü ciddi başa düşüb, onun arxasınca gedir. O, məhəllədə Elcanı çağırıb söydüyü söyüşə görə onunla mübahisə etməyə başlayıb.

Dava zamanı Elcan Vasifi yumruqla vurur. Bundan sonra Vasif belində gizlətdiyi bıçaqla Elcana 4 zərbə endirir. Hadisə yerinə gələn Elcanın qardaşları onu zərərsizləşdirirlər. Hadisə yerinə polis əməkdaşları gəlir və Vasif saxlanılır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkləməyə göndərilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Ağayev 6 il 3 ay azadlıqdan məhrum edilib.

Əvvəlki məqaləHər ili əsrə bərabər 22 il – ŞƏRH
Növbəti məqalədəBinəqədidə avtobuslar toqquşdu – Sürücü belə çıxarıldı – Video