Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
9101
Şəhid Qasımov Şəhriyar Vəzir oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ramil Abasov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBu şəxslərin maaşı 3 dəfə artdı – Rəsmi
Növbəti məqalədə“İl sonunadək poliklinikalarda elektron növbə sistemi olacaq”