17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı – Rəsmi

0
9901
toyy

Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qafqazinfo-nun sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, 28.10.2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib”.

***

Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Onun toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Əfsanə uzun müddət oğlan evində yaşasa da, toy ötən gün baş tutub.

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toyu olan hər iki gənc Dolu kənd sakinləri olub: “Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər.

Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Astarada 17 yaşlı qadının toy gecəsi ölümünün təfərrüatı məlum olub.

Hadisə rayonun Deqədi kəndi ərazisində “Ata Yurdu” şadlıq sarayındakı toy mərasimində baş verib.

Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

Oktyabrın 28-də rayonun Deqədi kəndindəki “Ata Yurdu” şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Əvvəlki məqaləPrezident İlham Əliyev Cəbrayıldadır – Foto
Növbəti məqalədəÖtən həftə “Milyonların şousu”nda 8 min qazanmışdı – Dələduzluğa görə saxlanıldı