Binəqədi qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində həyatını itirib

0
9106
meyit-qetl

Elektrik cərəyanı vurması nəticəsində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüd Taleh Şahid oğlu Fehruzlu ölüb.

Bineqedi.com xəbər verir ki, özügedən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalar nəticəsində onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyənləşib.

Əvvəlki məqaləKimlərə iki dəfə çox maaş ödəniləcək?
Növbəti məqalədəAmnistiya kimlərə şamil olunacaq?