7-ci mikrorayonda dava

0
9094
bineqedi-dava

Bakıda yaşayış kompleksində dava baş verib.

Bineqedi.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun 7-ci mikrorayonunda, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksində qeydə alınıb.

Yaşayış kompleksində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMÇ) yaradılıb və Vasif Məmmədov (soyadı şərtidir – red.) cəmiyyətin sədri seçilib. Binanın saxlanma xərclərinin ödənilməsi məqsədilə mənzil sahiblərindən vəsait toplanmağa başlanılıb. Bu məqsədlə Vasif Məmmədov “WhatsApp”da qrup yaradaraq bina sakinlərini ora əlavə edib.

Mülkiyyətçilərin əksəriyyəti tələb olunan məbləği ödəsələr də, sakinlərdən Anar Mirzəmmədov vəsaiti ödəməkdən imtina edib və qrupda təhqiramiz mesajlar yazıb. Digər sakinlərin təkidi ilə Vasif Məmmədov qrupdan çıxarılıb.

Axşam saatlarında Anar Mirzəmmədov binanın həyətində Vasif Məmmədovu yanına çağıraraq onu yenidən təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı Anar Mirzəmmədov döyülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vasif Məmmədova “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar imzalanmış amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.

Əvvəlki məqaləPolis kanala düşən azyaşlını belə xilas etdi – Video
Növbəti məqalədəİcra məmurları belə geyinəcək – Baş nazir təsdiqlədi – Foto