Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

0
9091

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

***

Hadisə ilə bağlı Analitik Ekspertiza Mərkəzindən sorğumuza belə cavab verildi:

“Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər SN AEM tərəfindən ciddi araşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır. Bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər”.

“İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir. Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim edilir.

İstintaq prosesi davam etdiyi müddətdə məlumatların ictimaiyyətə açıqlanması yalnız istintaq orqanının səlahiyyətinə aiddir. Bu səbəbdən sorğunu müvafiq istintaq orqanına yönləndirməyiniz tövsiyə olunur”. qafqazinfo.az

 

 

Əvvəlki məqaləUniversitetlərə sənəd qəbulu BAŞLAYIR
Növbəti məqalədəVüqar Qurbanov vəzifəsindən azad edildi