Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Binəqədi rayonunda da binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidən qurulması və əsaslı təmir işləri aparılır.
Bineqedi.com xəbər verir ki, təmir işləri zamanı parklarda yararsız vəziyyətə düşən oturacaqlar və uşaqlar üçün nəzərdə tutulan oyun meydançası təmir edilir, tamet daşları yenilənir, kiçik tutumlu zibil konteynerləri təmir-bərpa edilir, rayon ərazisində yenidən qurmaya ehtiyacı olan bəzi qəsəbədaxili yolların bir hissənə asfalt örtüyü çəkilir.




















