Binəqədi rayonunda ümumrayon iməciliyi keçirilib – FOTO

0
9090
Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Bineqedi.com xəbər verir ki, rayonun kommunal təsərrüfat bilikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, asfalt örtüyü bərpa edildi, qurumuş ağacların yerinə yeniləri əkildi, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir siqvey, enliyarpaq lavanda və küçə şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir ağac şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, küçə və mətn şəkili ola bilər
Əvvəlki məqaləKeçmiş arvadını qətlə yetirib evi partlatdı – Özü də öldü – Video