Xüsusilə yüksək keçid balı tələb edən və məhdud plan yerlərinə malik ixtisaslar bakalavrların əsas diqqət mərkəzindədir.
Bineqedi.com xəbər verir ki, “AzEdu.az” 2025-ci ilin magistratura keçid ballarını təhlil edərək universitetlər üzrə ən çox tələb olunan və ən yüksək rəqabət müşahidə edilən ixtisasları müəyyənləşdirib.
Aşağıda ali təhsil müəssisələri üzrə ən yüksək keçid balına malik ixtisasların siyahısı təqdim olunur:
Bakı Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kommersiya hüququ (tədris ingilis dilində) 84.5 balla ilk yerdədir. İkinci yerdə beynəlxalq iqtisadi hüquq (tədris ingilis dilində) 82.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə dəniz neft və qaz quyularının qazılması (tədris ingilis dilində) ixtisası üzrə 81.5 bal olub.
Azərbaycan Texniki Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında dövlət informasiya sistemlərinin təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası 80.0 balla ilk yerdədir. İkinci yerdə süni intellekt (tədris ingilis dilində) ixtisası 76.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə mobil tətbiqlərin hazırlanması və oyun dizaynı ixtisası üzrə 76.5 bal olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında sənaye və mülki tikinti ixtisası 67.0 balla ilk yerdədir. İkinci yerdə kibertəhlükəsizlik ixtisası 64.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə idarəetmədə informasiya sistemləri ixtisası üzrə 62.5 bal olub.
Azərbaycan Tibb Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında menecment (səhiyyə sahəsi üzrə), mikrobiologiya və klinik psixologiya (tibbi) ixtisasları 73.5 balla ilk sıraları bölüşüb. Daha sonra isə biokimya ixtisası 72.0 balla ən yüksək keçid balı olan ixtisaslar sırasında yer alıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında təhsildə qiymətləndirmə və monitorinq (SABAH, tədris Azərbaycan dilində) ixtisası 68.5 balla ilk yerdədir. İkinci yerdə təhsildə qiymətləndirmə və monitorinq ixtisası 67.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə 66.5 bal olub.
Azərbaycan Dövlət İqtisad Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında maliyyə menecmenti (tədris ingilis dilində) ixtisası 84.0 balla ilk yerdədir. İkinci yerdə informasiya mühafizəsi və təhlükəsizliyi ixtisası 81.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə maliyyə nəzarəti və audit ixtisası üzrə 81.0 bal olub.
Azərbaycan Dillər Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında menecment (təhsilin təşkili və idarə olunması) və təhsildə qiymətləndirmə və monitorinq ixtisasları 73.0 balla ilk sıraları bölüşüb. Daha sonra təlim və tədrisin təşkili və metodikası ixtisası 71.5 balla ən yüksək keçid balına malik ixtisaslardan biri olub.
Bakı Slavyan Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında tərcümə (Azərbaycan dili-rus dili üzrə) və menecment (təhsilin təşkili və idarə olunması) ixtisasları 58.5 balla ilk sıralarda yer alıb. Digər ən yüksək keçid balı isə təlim və tədrisin təşkili və metodikası ixtisası üzrə 57.5 bal olub.
Bakı Mühəndislik Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kompüter mühəndisliyi ixtisası 67.0 balla ilk yerdədir. İkinci yerdə istehsal sferasında mühasibat uçotu və audit ixtisası 61.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə) ixtisası üzrə 61.0 bal olub.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisası 83.5 balla ilk yerdədir. İkinci yerdə iqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisası 81.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə gənclərlə iş ixtisası üzrə 79.5 bal olub.
Bakı Musiqi Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında musiqi tarixi və musiqi nəzəriyyəsi ixtisasları 61.5 balla ilk sıraları bölüşüb. Daha sonra etnomusiqişünaslıq ixtisası 40.5 balla ən yüksək keçid balına malik ixtisaslardan biri olub.
Azərbaycan Milli Konservatoriyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında musiqi nəzəriyyəsi ixtisası 54.0 balla ilk yerdədir. İkinci yerdə musiqi tarixi ixtisası 46.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə populyar musiqi və caz ifaçılığı (vokal üzrə, alətlər üzrə) ixtisası üzrə 45.5 bal olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında gənclərlə iş ixtisası 71.5 balla ilk yerdədir. İkinci ən yüksək keçid balı isə idarəetmənin sosiologiyası ixtisası üzrə 57.0 bal olub. Üçüncü yerdə turizm və sosial-mədəni servis xidməti ixtisası 53.5 balla yer alıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında rəngkarlıq (dəzgah rəngkarlığı, kino rəssamı və teatr dekorasiyası üzrə) ixtisası 49.5 balla ilk yerdədir. İkinci yerdə marketinq (incəsənət üzrə) və menecment (incəsənət üzrə) ixtisasları 45.0 balla yer alıb. Daha sonra incəsənət əsərlərinin bərpası və ekspertizası ixtisası 43.0 balla diqqət çəkib.
Azərbaycan Turizm və Menecment Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında əhalinin sosial müdafiəsi ixtisası 54.5 balla ilk yerdədir.İkinci yerdə beynəlxalq turizm və ölkəşünaslıq ixtisası 53.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə qida təhlükəsizliyi ixtisası üzrə 50.5 bal olub.
Azərbaycan İdman Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat ixtisası 56.0 ilk yerdədir. İkinci yerdə fiziki tərbiyə nəzəriyyəsi və metodikası ixtisası 54.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə menecment (idman üzrə, tədris ingilis dilində) ixtisası üzrə 51.5 bal olub.
Milli Aviasiya Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında uçuş aparatları və güc qurğuları ixtisası 67.5 balla ilk yerdədir. İkinci yerdə mülki və təsərrüfat hüququ ixtisası 67.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə konstitusiya hüququ ixtisası üzrə 66.5 bal olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasında magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında gəmiqayırma ixtisası 66.5 balla ilk yerdədir. İkinci yerdə gəmilərin elektroenerji sistemləri ixtisası 56.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə gəmi təmiri ixtisası üzrə 53.0 bal olub.
Bakı Ali Neft Məktəbində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kibertəhlükəsizlik (tədris ingilis dilində) ixtisası 86.0 balla ilk yerdədir. İkinci yerdə texniki sistemlərdə informatika və idarəetmə (tədris ingilis dilində) ixtisası 85.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə yatağın qiymətləndirilməsi və idarə olunması (tədris ingilis dilində) ixtisası üzrə 83.0 bal olub.
Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası 72.0 balla ilk yerdədir. İkinci yerdə informasiya mühafizəsi və təhlükəsizliyi ixtisası 63.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə informasiya texnologiyaları və telekommunikasiya sistemləri ixtisası üzrə 60.5 bal olub.
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında idarəetmədə informasiya sistemləri ixtisası 60.0 balla ilk yerdədir. İkinci yerdə tətbiqi proqram təminatı ixtisası 58.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə 54.5 bal olub.
Gəncə Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında biokimya və kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı ixtisasları 63.5 balla ilk sıraları bölüşüb. Daha sonra həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası 61.5 balla yer alıb.
Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında qida təhlükəsizliyi ixtisası 65.0 balla ilk yerdədir. İkinci yerdə informasiya texnologiyaları və telekommunikasiya sistemləri ixtisası 63.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə kompüter mühəndisliyi ixtisası üzrə 54.5 bal olub.
Sumqayıt Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kibertəhlükəsizlik (SABAH) ixtisası 58.0 balla ilk yerdədir. İkinci yerdə neft kimyası ixtisası 57.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə ümumi psixologiya ixtisası üzrə 55.5 bal olub.
Mingəçevir Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında biznesin təşkili və idarə edilməsi ixtisası 46.5 balla ilk yerdədir. İkinci yerdə informatika fənninin tədrisi metodikası və metodologiyası ixtisası 45.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə ətraf mühitin mühafizə metodları və bərpası ixtisası üzrə 45.0 bal olub.
Lənkəran Dövlət Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında təhsildə qiymətləndirmə və monitorinq ixtisası 52.5 balla ilk yerdədir. İkinci yerdə kompüter sistemləri və şəbəkələri ixtisası 50.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə informatika fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə 48.0 bal olub.
Azərbaycan Kooperasiya Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kompüter mühəndisliyi ixtisası 55.5 balla ilk yerdədir. İkinci yerdə biznesin təşkili və idarə edilməsi (kibertəhlükəsizlik üzrə) ixtisası 54.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə maliyyə nəzarəti və audit ixtisası üzrə 54.0 bal olub.
Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kompüter mühəndisliyi ixtisası 60.0 balla ilk yerdədir. İkinci yerdə kibertəhlükəsizlik ixtisası 59.0 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) ixtisası üzrə 54.5 bal olub.
Qərbi Kaspi Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında kompüter mühəndisliyi ixtisası 61.5 balla ilk yerdədir. İkinci yerdə tətbiqi proqram təminatı ixtisası 60.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə idarəetmədə informasiya sistemləri ixtisası üzrə 60.0 bal olub.
Xəzər Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında ilk yerdə neft və qaz yataqlarının işlənməsi (tədris ingilis dilində) və klinik psixologiya (tibbi) ixtisasları 71.5 balla yer alıb. Növbəti olaraq isə maliyyə menecmenti (tədris ingilis dilində) ixtisası 66.0 balla qərarlaşıb.
Bakı Avrasiya Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi üzrə) və iqtisadi kibernetika ixtisasları 50.5 balla ilk yerdədir.Növbəti yerdə dilşünaslıq (ingilis dili üzrə) ixtisası 50.0 balla yer alıb.
Odlar Yurdu Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında klinik psixologiya (tibbi) ixtisası 59.0 balla ilk yerdədir. İkinci yerdə kompüter mühəndisliyi ixtisası 58.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə idarəetmədə informasiya sistemləri ixtisası üzrə 58.0 bal olub.
Bakı Biznes Universitetində magistratura səviyyəsi üzrə ən yüksək rəqabətin müşahidə olunduğu ixtisaslar arasında biznesin təşkili və idarə edilməsi (menecment üzrə, tədris ingilis dilində) ixtisası 57.5 balla ilk yerdədir. İkinci yerdə həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası 52.5 balla yer alıb. Üçüncü ən yüksək keçid balı isə biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) ixtisası üzrə 52.0 bal olub.

















