Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

0
9840
Baku-City-baki-azerbaijan

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumat yayıb.

Bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib:

“Vətəndaşlara tövsiyə olunur ki, bu cür saxta elanlara etibar etməsinlər, naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər.

Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır”.

Əvvəlki məqalə“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” – DİM sədri