Binada yaşayanlar diqqətli olsun: Bu hərəkət 300 manat cərimə ilə nəticələnir

0
19088
pensiya-manat

Hündür mərtəbəli binalardan zibil və ya müxtəlif tullantıların atılması həm şəhər mühitinə ciddi ziyan vurur, həm də ictimai təhlükəsizlik baxımından risk yaradır. Bu cür davranışlar ətraf mühitin çirklənməsinə, insanların sağlamlığına zərər vurulmasına və ümumi yaşayış mədəniyyətinin pozulmasına səbəb olur. Qanunvericilik isə belə halların qarşısının alınması üçün məsuliyyət tədbirləri nəzərdə tutur.

Bineqedi.com xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq, məişət tullantılarının müəyyən olunmuş tutumlardan və ya urnalardan kənar yerlərə atılmasına görə məsuliyyət nəzərdə tutulur deyib.

“Belə hallarda fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə olunurlar. Bu norma ətraf mühitin qorunması, şəhər və kəndlərin sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Qanunun əsas məqsədi ictimai yerlərin təmiz saxlanılmasını təmin etmək, tullantıların nəzarətsiz şəkildə ətrafa atılmasının qarşısını almaq və vətəndaşlarda ekoloji məsuliyyət hissini gücləndirməkdir. Eyni zamanda, bu qaydaların pozulması yalnız cərimə ilə deyil, həm də ictimai mədəniyyət və şəhər mühitinə birbaşa mənfi təsir göstərdiyi üçün ciddi hüquqi məsuliyyət daşıyır”, – hüquqşünas bildirib.

Beləliklə, qanunvericilik məişət tullantılarının yaşayış binalarından və ya müəyyən olunmuş yerlərdən kənara atılmasına görə inzibati məsuliyyət müəyyən edir və bu cür hallara görə yüksək məbləğdə cərimələr nəzərdə tutur.

Əvvəlki məqaləPrezident İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi – Təsdiqlədi
Növbəti məqalədəBu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz